Məzmuna keç

Şam və iynəyarpaqlılar

Şam, küknar, ardıc, tuya

Cəmi 4 elan tapıldı

Tez-tez verilən suallar

İynəyarpaqlılar Abşeronun istisinə dözürmü?
Ardıc (juniperus), kiparis, tuya oksidentalis və pinus halepensis quraqlığa və duzlu küləyə yaxşı dözür. Yolka (picea) və ela növləri isə istidə əziyyət çəkir — onlar üçün yarımkölgə və mulça şərtdir.
İynələr niyə saralıb tökülür?
Daxili köhnə iynələrin payızda tökülməsi normaldır. Kütləvi saralma isə adətən kök quruluğu, artıq suvarma və ya hörümçək gənəsidir. Gövdəyə yaxın torpağı barmaqla yoxlayın və iynənin altına baxın.
İynəyarpaqlılar necə budanır?
Yalnız yaşıl hissədə — quru, iynəsiz budaqdan kəsilsə, o hissə bir daha bərpa olunmur. Tuya və kiparis mayda, ardıc isə yay boyu yüngül qırxıla bilər.
Yeni əkilmiş iynəyarpaqlıya necə qulluq edilir?
İlk yayda həftədə 2 dəfə dərin suvarma və tacın səhər-axşam çilənməsi, gövdə ətrafına 7 sm mulça, ilk qış küləkli tərəfdə qoruyucu şəbəkə. Gübrə yalnız ikinci ildən verilir.