Məzmuna keç

Bağ salınması

Bağ infrastrukturunun qurulması

Cəmi 1 elan tapıldı

Tez-tez verilən suallar

Bağ salınması hansı işləri əhatə edir?
Sahənin təmizlənməsi və planirovkası, drenaj, münbit qatın gətirilməsi, suvarma xəttinin çəkilməsi, ağac-kol-qazon əkini və mulçalama. Yəni boş həyətin sıfırdan yaşıllaşdırılması.
Bağ salmaq üçün ən yaxşı mövsüm hansıdır?
Oktyabr–dekabr ən əlverişli pəncərədir: bitki qış rütubətindən istifadə edib kök atır. İkinci variant mart–aprelin əvvəlidir. Yayda əkin yalnız avtomatik suvarma ilə məsləhətdir.
İş nə qədər çəkir?
Orta ölçülü həyət (300–600 m²) adətən 7–14 gündə tamamlanır: drenaj, dayaq divarı və ya iri ağac əkini varsa müddət uzanır. Layihə hazırlığı buna daxil deyil.
Qiymət nədən asılıdır?
Sahənin ölçüsü, giriş rahatlığı, gətiriləcək münbit torpağın həcmi, bitkilərin ölçüsü və suvarma sisteminin miqyası. Dəqiq rəqəm üçün sorğu göndərin — xidmət satıcıları ölçüdən sonra təklif verir.