Məzmuna keç

Tərəvəz tingləri

Pomidor, bibər, xiyar tingləri

Cəmi 0 elan tapıldı

Bu kateqoriyada hələ elan yoxdur

İlk elanı siz yerləşdirin və ya digər kateqoriyalara baxın.

Elan yerləşdir

Tez-tez verilən suallar

Ting alarkən nəyə diqqət etmək lazımdır?
Gövdə qısa və yoğun, arasındakı buğumlar sıx, yarpaqlar tünd yaşıl olmalıdır. Uzanmış, solğun və dibçəkdən kökü çıxmış tinglər köçürüləndən sonra uzun müddət yerində sayır.
Tingi torpağa nə vaxt köçürmək olar?
Gecə temperaturu sabit 10–12 °C-dən yuxarı qalxanda — Abşeronda adətən aprelin ikinci yarısı. Pomidor və bibər soyuğa həssasdır, xiyar isə daha da gec, mayın əvvəlində əkilir.
Köçürmədən əvvəl tingi necə bərkitmək (zakalka) lazımdır?
Əkindən 7–10 gün əvvəl tingi gündə 2 saatdan başlayaraq açıq havaya çıxarın və müddəti tədricən artırın. Bərkiməmiş ting günəşdə bir gündə yana bilər.
Ting köçürüləndən sonra niyə solur?
Ən çox görülən səbəblər: gün ortası əkin, kök topasının dağılması və suvarmanın azlığı. Əkini axşam saatlarına salın, çuxuru əvvəlcədən suvarın və ilk 3–4 gün kölgələyin.